“Qarabağ”da ayrılıq
“Qarabağ”da ayrılıq baş verib. Komandanın daha bir qapıçısı klubu tərk edib.
Luka Quqeşaşvili ağdamlılardan ayrılıb. Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna keçib. Luka yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlində “Qarabağ”a keçmişdi.