Sürpriz kupon – 10.07.2024

Sürpriz kupon – 10.07.2024

Flora – Çelye Cüt şans 1X

Bu cütdə “Çelye” favoritdir. Lakin Sloveniyalıların cütün taleyini cavab matçında həll edəcəklərini düşünürəm. Estoniya təmsilçisi evdə keçiriləcək ilk oyunda sürpriz edə bilər.

Ludoqorets Razqrad – Dinamo Batumi 3,5 ÜST

Bolqarıstan və Gürcüstan çempionlarının duelində bol qollu qarşılaşma gözləyirəm. Düşünürəm ki, “Ludoqorets” aşkar favorit olsa da, “Dinamo Batumi”nin də fərqlənmək imkanları olacaq. Sürpriz kupon olduğunu nəzərə alaraq, 3,5 Üst seçimini tövsiyə edirəm.

Klaksvik – Differdanj 2

Farer Adalarının çempionu “Klaksvik” yeni mövsümə yaxşı başlamayıb. Onlar hazırda 3-cüdür. Kağız üzərində meydan sahibləri favorit göstərilsə də, “Differdanj”ın bu görüşdə qələbə qazanacağını ehtimal edirəm. Çünki, onların daha keyfiyyətli heyəti var. Risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 10.07.2024

Növbəti yazı

“Qarabağ”da ayrılıq