Braziliya və Kolumbiya növbəti mərhələdə
Amerika kubokunda qrup mərhələsinə yekun vurulub. ABŞ-da keçirilən turnirin D qrupunda iki matç baş tutub.
Braziliya Kolumbiya ilə qollu heç-heçə edib – 1:1. Bu nəticə hər iki komandanı 1/4 finala daşıyıb. Kosta-Rika isə Paraqvay üzərində qələbə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyulun 4-dən 5-nə keçən gecə start veriləcək.