“Qarabağ” “90”a çatdı

“Qarabağ” “90”a çatdı

“Qarabağ” Azərbaycan çempionatlarında 90-cı dəfə evdə böyük hesabla qalib gəlib. Ağdam klubu Misli Premyer Liqasının XII turunda “Kəpəz”i məğlub edib – 7:1.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı bunadək 89 dəfə qonaqlara üç və ya daha çox top fərqi ilə qalib gəlmişdi. Yubiley uğuruna imza atan “Qarabağ” öz meydanında qazanılan böyükhesablı qələbə sayında mütləq rekorda da imza atıb. Heç bir komanda evdə daha çox belə qələbə qazanmayıb.

Ağdamlıların ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” evdə Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada ilk istefa

Növbəti yazı

100-cü qol