“Araz-Naxçıvan”dan ilk qələbə

“Araz-Naxçıvan”dan ilk qələbə

Azərbaycan Premyer Liqasında II tura start verilib. İlk oyun günü “Dalğa Arena”da başlayıb.

Mövsümə məğlubiyyətlə başlayan komandaların duelində “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Hər hissədə bir qol vuran meydan sahibləri ilk qələbəsini qazanıb.

Naxçıvan təmsilçisinin heyətində öncə İsmail Azzaui, ardınca Eıvis Moşiki fərqlənib.

Qeyd edək ki, bu gün turun daha bir matçı keçiriləcək. “Zirə” “Kəpəz”i qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Dembele PSJ-də

Növbəti yazı

Ronaldo “Əl-Nəsr”ə kubok qazandırdı