“Neftçi” “Jelezniçar” səddini keçdi

“Neftçi” “Jelezniçar” səddini keçdi

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib. Bakı klubu “Jelezniçar” üzərində qələbə ilə buna nail olub.

Adrian Mutunun yetirmələri II təsnifat mərhələsinin taleyini cavab oyununda həll edib. “Ağ-qaralar” Bosniya və Herseqovinadakı 2:2 hesablı bərabərlikdən sonra “Bakcell Arena”ya qələbə üçün çıxıb.

Mutunun rəhbərliyi altındakı ilk görüşdə hesabı Kenni Sayef açıb. İlk yarıdakı bu qoldan sonra da inamlı oyun nümayiş etdirən bakılılar qarşılaşmanın sonlarında yenidən fərqlənib. Eddi İsrafilov qonaqların qapısına yol tapıb – 2:0. Bu qələbə paytaxt təmsilçisini növbəti tura daşıyıb.

Qeyd edək ki, “Neftçi”nin rəqibi “Beşiktaş” – “Tirana” matçında bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” avrokuboklarla vidalaşdı

Növbəti yazı

“Neftçi” “Beşiktaş”la qarşılaşacaq