Qurban Qurbanov: “Qarşıdakı matçlara hazırlaşmalıyıq”

Qurban Qurbanov: “Qarşıdakı matçlara hazırlaşmalıyıq”

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. “Qarabağ” “Rakuv” səddini keçə bilməyib – 1:1, 2:3.

Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Əfsuslar olsun ki, mübarizəni dayandırdıq. Amma çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi. Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Xüsusən də ilk hissədə bir-birimizə oynamaq imkanı vermədik. İkinci yarıda biz üstün olduq. Futbolçular çox əziyyət çəkdi. Təəssüf ki, sonda çox məyus oldular. Xeyli sayda qol epizdolarımız var idi. Sadəcə üstünlük onlar tərəfə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Futbolçularla birləşmişdilər. Bu, məni sevindirdi. Sonda hamılıqla rəqibin cərimə meydançasındaydıq. Uduza da bilərdik. Rəqibin əks-hücumları oldu. Amma böyük risklər etdik. Alına bilərdi, amma alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoyub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın rəqibi dəqiqləşdi

Növbəti yazı

Millimiz mövqeyini qorudu