Emin Mahmudov: “Kiminlə oynayacağımız fərq etməz”

Emin Mahmudov: “Kiminlə oynayacağımız fərq etməz”

Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl Bakı klubunun kapitanı Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Yarımmüdafiəçi sabah keçiriləcək oyun barədə fikirlərini açıqlayıb:

“Baş məşqçimizin də dediyi kimi, Bosniya klubunu daha yaxından tanıdıq. İnşallah, öz oyunumuzu göstərək ki, qələbə qazanaq. Əsas odur ki, mərhələni biz adlayaq, sonra kiminlə oynayacağımız fərq etməz. Hazırda əsas məqsəd sabah qələbə qazanmaqdır. Biz rəqibə öz oyunumuzla cavab verməliyik. Hesabda önə keçəndən sonra vaxt aparmaq haqda düşünmürük. Belə şeyləri xoşlamıram, bu bizə qarşı olunanda da xoşuma gəlmir. Ümumiyyətlə, belə hallarda temp aşağı olur ki, bu da arzuolunmazdır. Çalışacağıq yaxşı oynayıb qalib gələk. Hər məşqə var gücümüzlə çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Əlimizdən gələni edəcəyik ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün istəkliyik, motivasiyalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

Adrian Mutu: “Məqsədimiz növbəti mərhələyə adlamaqdır”

Növbəti yazı

“Qarabağ”ın rəqibi dəqiqləşdi