50 milyonluq yarımmüdafiəçi

50 milyonluq yarımmüdafiəçi

“Nyukasl” heyəti gücləndirməyə hazırlaşır. İngiltərə klubu Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Julian Brandta elçi düşüb.

Almaniya millisinin də şərəfini qoruyan 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2019-cu ildən Dortmund klubunun formasını geyinir. Futbolçunun transferi üçün danışıqlara başlayan “sağsağanlar”  keçid üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, cari mövsümdə 16 matçda iştirak edən Brand 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

60-cı qələbə, 200-cü qol

Növbəti yazı

“Real”da ayrılıq