28 ildən sonra

28 ildən sonra

Belçika millisi DÇ-2022-nin qrup mərhələsinin II turunda Mərakeşlə qarşılaşıb. Roberto Martinesin yetirmələri bu matçda 0:2 hesabı ilə uduzub.

“Qırmızı iblislər” 1994-cü ildən sonra ilk dəfə dünya çempionatının qrup mərhələsində məğlub olub. 28 il əvvəl belçikalılar qrupda Almaniyaya uduzmuşdu – 2:3.

1998-ci ildə üç heç-heçə edən Belçika yığması növbəti mundialda qələbə və 2 sülhə imza atıb. 2006 və 2010-cu illərdə mundiala qatılmayan yığma son iki turnirdə qrupda 9 xal toplayıb. Həm 2014, həm 2018-də üç qələbə qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in Pulişiçlə bağlı planı

Növbəti yazı

Vitse-çempiondan əzmkar qələbə, Kanada qrupda qaldı