21-ci quru oyun

21-ci quru oyun

“Barselona” La Liqanın “Jirona” ilə görüşündə 0:0 hesablı heç-heçə ilə kifayətlənib. Bu, Xavinin komandasının mövsümdə 21-ci quru oyunu olub.

28 tura təsadüf edən bu quru matçların hamısı Mark-Andre Ter-Şteqenin hesabındadır. “Barselona”nın La Liqadakı rekordu 1986/87 mövsümündə qeydə alınıb. Həmin vaxt Andoni Subisaretta 24 dəfə qapısını toxunulmaz saxlayıb.

2014/15 mövsümündə isə 23 belə görüş baş tutub. Həmin vaxt komandanın qapısını Klaudio Bravo qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Harden 5-ci dəfə hamını qabaqladı

Növbəti yazı

“Lester”də yeni baş məşqçi