2015-ci ildən sonra ilk dəfə

2015-ci ildən sonra ilk dəfə

Madriddə keçirilən “Masters” turnirində 1/4 finalçıların adlarına aydınlıq gəlib. Yarışın bu mərhələsinə yüksəlməyi bacaranların 7-si “Top-8″dəndir.

Bu, 2002-ci ildən keçirilən turnirin tarixində ikinci dəfə baş verib. Madriddən öncə ilk dəfə 2015-ci ildə Romadakı “Masters”də bu hala rast gəlinmişdi.

1/4 finalçılar ardıcıllıqla Novak Cokoviç (1), Aleksandr Zverev (2), Rafael Nadal (3), Stefanos Tsitsipas (4), Andrey Rublev (6), Karlos Alkaras (7), Feliks Oje-Alyassimedir (8). Bu mərhələdə ilk 8-likdə yer almayan yeganə iştirakçı 12-ci sırada qərarlaşan Hubert Hurkaçdır.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” Arteta ilə müqaviləni uzatdı

Növbəti yazı

“Mançester Yunayted”də ayrılıqlar