18 yaşlı tennisçi 1/8 finalda

18 yaşlı tennisçi 1/8 finalda


“US Open”də sensasiya qeydə alınıb. 18 yaşlı ispaniyalı Karlos Alkaras dünyanın üçüncü raketkası Stefanos Tsistsipasa qalib gəlib. 3-cü mərhələnin oyunundakı 6:3, 4:6, 7:6, 0:6, 7:6 hesablı qələbə Karlosu 1/8 finala daşıyıb. O, son 29 ildə “Böyük dəbilqə” turnirlərində ikinci həftəyə qədər irəliləyən ən gənc tennisçi olub. 1992-ci ildə Andrey Medvedev “Rolan Qarros”da 1/8 finala yüksələ bilib.
“US Open”də 32 ildən sonra 18 yaşlı gənc bu mərhələyə vəsiqə qazanıb. 1989-cu ildə 17 yaşlı Maykl Çanq və 18 yaşlı Pit Sampras ən güclü 16 tennisçi arasında yer alıb.

ETOPAZ

Əvvəlki yazı

“Leykers”də yeni müqavilə

Növbəti yazı

“Mançester Yunayted”də Ronaldo problemi