Buffon 50 yaşına qədər oynaya bilər

Buffon 50 yaşına qədər oynaya bilər

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon karyerasını 50 yaşına qədər davam etdirə bilər. Bunu futbolçunun agenti Silvano Martina açıqlayıb.

O bildirib ki, “Parma” ilə müqaviləsini 2024-cü ilədək uzadan Buffon hələ uzun müddət çıxış edə bilər:

“Müqavilənin uzadılması barədə danışıqları klub başladı. Çünki 44 yaşı olan qolkiper 10 yaş gənc təsiri bağışlayır. Əgər yaxşı formada olsa, 50 yaşına qədər oynaya bilər”

ETOPAZ

Əvvəlki yazı

“Oğlum deyir ki, bir az gözlə, bir yerdə oynayaq”

Növbəti yazı

Kosta Braziliyada qalacaq