1,3 milyon dollarlıq cəza

1,3 milyon dollarlıq cəza


“Filadelfiya”nın basketbolçusu Ben Simmonsa tətbiq edə biləcəyi cəzanın məbləği bəlli olub. Klub rəhbərliyi ulduz oyunçusunu 1,3 milyon dollar cəzalandırmaq barədə düşünür. Buna səbəb Benin komandanın təlim-məşq toplanışına qatılmaqdan imtina etməsidir. Başqa klubla dəyişdirilməsi tələbi irəli sürən Simmons bu üzdən hazırlıqları boykot edəcəyini açıqlayıb. “Siksers” avstraliyalı ulduzu hər gün üçün 227 min dollar cəzalandırmağa qərar verib. Bir həftəlik cəza isə təxminən 1,3 milyon dollara bərabər olacaq. Basketbolçunun nümayəndələri istənilən cəzaya hazır olduğunu bəyan edib.

ETOPAZ

Əvvəlki yazı

Neymar üçün 6,5 milyon avro

Növbəti yazı

Argentinalı futbolçular cəzalanacaq