11-ci final

11-ci final

Dünyanın 12-ci raketkası Kemeron Norri Los-Kobosdakı turnirin finalına yüksəlib. O, yarımfinalda Feliks Oje-Alyassimi məğlub edib – 6:4, 3:6, 6:3.

Reytinqin 9-cusu ilə qarşılaşma böyük britaniyalının “Top-10”dakı rəqiblərlə 29-cu dueli olub. Norri mövsümdə 2-ci, ümumilikdə 5-ci dəfə güclü rəqib üzərində qələbə qazanıb.

26 yaşlı tennisçi karyerasında 11-ci dəfə ATP turnirinin finalına yüksəlib. O, ötən ilin mayından sonra 10-cu dəfə həlledici görüşə çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Aleksisə 2 illik müqavilə

Növbəti yazı

“Qarabağ” qələbə ilə başladı