10000-ci xal

10000-ci xal

“Filadelfiya” “Klivlend”lə üz-üzə gəlib. 118:112 hesablı qələbə Coel Embiid üçün əlamətdar olub.
“Siksers”in lideri karyerasındakı xal sayında 10000-i keçib. 10 mininci xal matçın əvvəlinə təsadüf edib.
O, 373-cü oyununda buna nail olub. Bu klub tarixində yeni rekorddur. O, 10000-ə 378-ci görüşdə çatan Allen Ayversonu arxada qoyub.
Embiid “Kavalyers”lə görüşdə 29 xal toplayıb. O, 14 ribaund, 5 ötürmə, 2 topalma və 1 blok-şot müəllifi də olub.

ETOPAZ

Əvvəlki yazı

12 dəqiqəyə 24 xal

Növbəti yazı

Barselonada məhsuldar sülh