“10 nömrə” necə olacaq?

“10 nömrə” necə olacaq?


İspaniyanın “Barselona” klubu Lionel Messinin gedişindən sonra 10 nömrəli formanın taleyini müəyyənləşdirib. Klub rəhbərliyi uzun illər argentinalının daşıdığı nömrəni heç kimə vermək istəmir. Gələcəkdə, lazım gələrsə, həmin nömrə altında klubun öz akademiyasının yetirmələrindən biri çıxış edəcək.
Bunadək isə 10 nömrəli forma digər argentinalı Serxio Aqueroya təklif olunub. Bu yay “Mançester Siti”dən transfer olunan hücumçu bundan imtina edib.

ETOPAZ

Əvvəlki yazı

500-cü qələbə

Növbəti yazı

Ayzeya Tomas NBA-ya qayıdır