Əsrin 20-cisi

Əsrin 20-cisi

Kilian Mbappe 2021-ci ildə vurduğu qolların sayında 50-ni arxada qoyub. Hücumçu Fransa millisi və PSJ-də ümumilikdə 51 qol vurub.

O, XXI əsrdə il ərzində 50 və daha çox qol vuran 20-ci futbolçudur. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıda yer alanlardan dördü bir dəfədən artıq uğura sahibdir.

Lionel Messi 9, Kriştiano Ronaldo 7 ili ən azı 50 qolla tamamlayıb. Robert Levandovski 3, Zlatan İbrahimoviç 2 dəfə buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt”də yeni müdafiəçi

Növbəti yazı

Tarixin ikincisi