Zverevlə Frits Münhen turnirində
Münhen turnirində iştirak edəcək tennisçilər müəyyənləşib. ATP250 seriyalı yarış aprelin 17-23-də baş tutacaq.
Turnirin son qalibi Holqer Rune də titulunu qorumaq üçün korta çıxacaq. Almaniyada onun əsas rəqibləri Teylor Frits, Aleksandr Zverev, Matteo Berrettini, Botik van de Zandşulp, Kristian Qarin olacaq. Dominik Tim isə vild-cardla yarışa qatılacaq.