Zverevdən asan qələbə
Fransanın Monpelye şəhərində keçirilən ATP500 turnirində 1/4 final mərhələsi başa çatıb. Mükafat fondu 490 min 990 avro olan yarışın favoriti Aleksandr Zverev yarımfinala asan qələbə ilə yüksəlib.
Almaniyalı tennisçi Adrian Mannarinoya iki setdə qalib gəlib. O, rəqibinə yalnız bir geymdə uduzub – 6:1, 6:0.
Mikael İmer, Aleksandr İmer və Filip Kraynoviç də növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinalın qarşılaşmaları bu gün baş tutacaq.