Zverevdən ardıcıl 13-cü qələbə

Zverevdən ardıcıl 13-cü qələbə


Olimpiya çempionu Aleksandr Zverev “US Open”də ikinci qələbəsini qazanıb. Almaniyalı tennisçi 2-ci mərhələdə Albert Ramos-Vinolası mübarizədən kənarlaşdırıb – 6:1, 6:0, 6:3. O, özünün “Böyük dəbilqə” turnirlərindəki ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Zverev 2018-ci ildə “Rolan Qarros”da Riçardas Berankisə də cəmi 4 qeym uduzub. İspaniyalı üzərindəki qələbə Aleksandrın ardıcıl 13-cü uğuru olub.
Xatırladaq ki, Zverev 3-cü mərhələdə Aleksandr Bublik və Cek Sok arasında qarşılaşmanın qalibi ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

İtaliya dünya rekordunu təkrarladı

Növbəti yazı

“Dallas” klubsuzları baxışa çağırdı