Zverev yenidən “üçlük”də
Dünyanın dördüncü raketkası Aleksandr Zverev Mayamidəki turnirin 1/4 finalına yüksəlib. Almaniyalı tennisçi 4-cü mərhələdə Tanasi Kokkinakisi məğlub edib – 6:4, 6:4.
1/4 finala vəsiqə Zverevə ATP reytinqində 180 xal qazandırıb. Bu, ona siyahıda Rafael Nadalı keçmək imkanı verib.
Aleksandr gələn həftə açıqlanacaq siyahıda “üçlük”də olacaq. O, İndian-Uellsdəki turnirdən sonra “Top-3”ü tərk etmişdi.