Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat

Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

O, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Milan”da ayrılıq rəsmiləşdi

Növbəti yazı

Serbiya millisində yeni müqavilə