Zubir Fransa və Səudiyyə Ərəbistanı klublarının hədəfində
”Qarabağ”da ayrılıq baş verə bilər. Komandanın futbolçusu Abdullah Zubirin klubu tərk etmək variantı yaranıb.
Belə ki, Fransa mətbuatının yazdığına görə onunla Liqa1 təmsilçisi yaxından maraqlanır. Həmçinin, Səudiyyə Ərəbistanının “Ər Riyad”ı da Zubiri heyətinə qatmaqda israrlıdır.