Zubimendi “Real”ın hədəfində
“Real”ın transfer hədəflərindən biri bəlli olub. İspaniya klubu yayda karyerasını başa vuran Toni Kroosu əvəzləyəcək dayaq yarımmüdafiəçisi tapıb.
Madrid təmsilçisi bu mövqedə Martin Zubimendini görmək istəyir. Onun keçidi ilə bağlı “Real Sosyedad”la danışıqlar aparmağı planlaşdıran paytaxt təmsilçisi transfer üçün təklifləri hazırlayır.
Qeyd edək ki, Zubimendinin klubu ilə müqaviləsi 2027-ci ilin yayına bitəcək.