Zommer İtaliyanın bir addımlığında
“Bavariya”nın qapıçısı Yan Zommer karyerasını İtaliyada davam etdirə bilər. İsveçrəli qolkiper “İnter”ə keçməyə yaxındır.
34 yaşlı futbolçu ilə ilkin razılıq əldə olunub. Zommer 2 illik müqavilə imzalayacaq.
O, ötən mövsümün 25 matçında 31 qol buraxıb. İsveçrəlinin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.