Zlatko Daliçlə yeni müqavilə
Zlatko Daliç Xorvatiya milli komandası ilə müqaviləsini uzadıb. Bunu Xorvatiya Futbol İttifaqı açıqlayıb.
55 yaşlı mütəxəssisin yeni müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, 2017-ci ildən bu vəzifəni tutur. Xorvatiya yığması Daliçin rəhbərliyi altında DÇ-2018-in gümüş mükafatını qazanıb.