Zlatan yenə zədələndi
“Milan”ın futbolçusu Zlatan İbrahimoviç yenidən zədələnib. 41 yaşlı isveçli hücumçu böyük ehtimalla mövsümü bitirib.
O, “Leççe” ilə A seriyasının (2:0) görüşü zamanı meydana daxil olmaq üçün isinmə hərəkətləri zamanı ağrılar hiss edib. O, soyunub-geyinmə otağına yollanıb.
Qeyd edək ki, İbrahimoviç cari mövsüm A seriyasında 4 oyun keçirib və 1 qol vurub.