Zlatan üçün pley-offu buraxmaq təhlükəsi
“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib. O, İtaliya A seriyasının XXIII turunda “Yuventus”la keçirilən matçda zədələnib. 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra müayinə olunan veteran forvardın əzələsində problem aşkarlanıb.
Bu, 41 yaşlı qolçunun DÇ-2022-nin pley-off mərhələsində İsveç yığmasından kənarda qalmasına səbəb ola bilər. Ulduz futbolçu bənzər zədəni ötən ilin oktyabrında da alıb və bir neçə oyunu buraxıb.
İlkin diaqnoza görə, onun bu dəfə dönüşü daha gec gözlənilir. İsveç yığması martın 24-də pley-off mərhələsinin yarımfinalında Çexiya ilə qarşılaşacaq.