Ziyeşə qiymət qoyuldu
“Çelsi” Hakim Ziyeşi satmağa hazırdır. İngiltərə klubu mərakeşli yarımmüdafiəçini hansı məbləğ qarşılığında buraxacağını da müəyyənləşdirib.
Londonlular afrikalı futbolçu üçün 20 milyon avro istəyir. Bu məbləği ödəyəcək klub Hakimin transferini reallaşdıra biləcək.
Onun xidmətində bir neçə klub maraqlıdır. Bunlar “Roma”, “Milan” və “Nyukasl”dır.