Ziyeçin durumuna aydınlıq gəldi
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeçin durumuna aydınlıq gəlib. O, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Müayinə zamanı yarımmüdafiəçinin baldır əzələsindən zədə aşkarlanıb. Orta sahə oyunçusu Mərakeş millisinin düşərgəsində sıradan çıxıb.