Ziyeç Mərakeş klubunda
Hakim Ziyeç karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı vinger “Vidad Kasablanka”ya transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hakim Ziyeç son olaraq “Əl-Duhail” komandasında çıxış edib.













