Zirkze “İnter” yolunda

Zirkze “İnter” yolunda

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını yenidən İtaliyada davam etdirə bilər. 23 yaşlı futbolçunun transferində “İnter” maraqlıdır.

Zirkzenin Milan klubuna mümkün keçidi 35 milyon avro qiymətləndirilir. “Bolonya”nın sabiq forvardının hazırkı klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Niderlandlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyuna çıxaraq, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappenin “Real” rekordu

Növbəti yazı

UFC Baku turnirinin 9 döyüşü bəlli oldu