“Zirə”nin potensial rəqibləri dəqiqləşib
Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb. “Zirə”nin Moldova “Şerif”i ilə təşkil etdiyi cüt 2-ci qrupda yer alıb.
Azərbaycan vtise-çempionunun cütü səpələnmişlər sırasındadır. Təmsilçimizi 4 mümkün variant gözləyir: “Panatinaikos”, “Makkabi” Petah-Tikva, “Elfsborq” – “Pafos” və “Paksi” – “Korvinul” cütlərinin qalibləri.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.