“Zirə”dən son dəqiqə qələbəsi
Azərbaycan Premyer Liqasında XXXIV tur davam edir. Günün ilk matçı Bayılda keçirilib.
”Səbail” “Zirə”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk yarıda hesab açılmayıb.
İkinci hissədə qonaqlar üstünlüyü ələ alıb. Matçın son dəqiqələrində Davit Volkov qəsəbə təmsilçisinə qələbə qazandırıb – 1:0.