“Zirə”dən səfərdən qələbə ilə dönür
Avropa Liqasında mövsümə start verilib. 1-ci təsnifat mərhələsində “Zirə” də ilk oyununu keçirib.
Təmsilçimiz “Şerif”in qonağı olub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçın taleyini 1 qol həll edib. 89-cu dəqiqədə Davit Volkov “qartallar”a qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.