“Zirə”dən səfər qələbəsi, “Qarabağ” xal itirdi

“Zirə”dən səfər qələbəsi, “Qarabağ” xal itirdi

Azərbaycan Premyer Liqasında XVII tur başa çatıb. Turun ikinci günündə iki matç keçirilib. Hər iki qarşılaşma Bakıda baş tutub.

Paytaxt derbisində “Səbail” “Zirə”ni qəbul edib. Matçın taleyini həll etmək üçün bir qol yetərli olub. Fasilə ərəfəsində fərqlənən Ağabala Ramazanov qonaqlara üç xal qazandırıb.

Çempionatın lideri “Qarabağ” xal itkisi ilə üzləşib. Qurban Qurbanovun yetirmələri “Keşlə”nin müqavimətini qıra bilməyib – 0:0.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sabah”ı bir, “Qəbələ” “Sumqayıt”ı dörd cavabsız qolla məğlubiyyətə uğradıb.

ETOPAZ

Əvvəlki yazı

Poqbadan imtina

Növbəti yazı

Günün kuponu – 01.03.2022