“Zirə”dən qələbə, “Azersun Arena”da 4 qol
Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.
“Zirə” “Neftçi”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən matçda bir qol vurulub. İkinci hissənin əvvəllərində Rəhim Sadıxov fərqlənib. Bununla da qəsəbə təmsilçisi minimalhesablı qələbə qazanıb.
Digər görüş isə “Azersun Arena”da keçirilib. “Qarabağ” “Qəbələ”ni qəbul edib. İlk yarı qonaqların üstünlüyü ilə keçib. 25-ci dəqiqədə Emil Səfərov hesabı açıb. Lakin ikinci hissədə rollar dəyişib. Meydan sahibləri daha çox hücumlar təşkil edib. Musa Qurbanlı 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Daha sonra o, dublunu rəsmiləşdirib – 2:1. Oyunda son nöqtəni isə Omar Hani qoyub – 2:2.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər matçları sabah keçiriləcək.