“Zirə”dən növbəti transfer
“Zirə” daha bir futbolçununu transferini açıqayıb. Paytaxt klubu Vinsent Tilli heyətinə qatıb.
Luksemburqlu futbolçuyla 1+1 illik müqavilə bağlanılıb. 25 yaşlı futbolçu son iki mövsümdə Azərbaycan Premyer Liqasında “Sabah”ın formasını geyinib.
Qeyd edək ki, Till bundan əvvəl Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub.












