“Zirə”dən minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.
“Zirə” “Şamaxı”nı qəbul edib. Görüşdə yeganə qol 72-ci dəqiqədə vurulub. Dmitrios Çantakias adını tabloya yazdırıb – 1:0.
Qeyd edək ki, turun digər matçları ayın 8-9-da keçiriləcək.