“Zirə”dən minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında XII tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Zirə” “Qəbələ” ilə qarşılaşıb. Görüşün əvvəllərində qonaqlar penalti vurmaq hüququ qazanıb. Lakin İbrahima Sanqare Tiaqo Silva ilə dueldən məğlub ayrılıb. Çox keçmədən “Zirə” də 11 metrlik cərimə zərbəsi qazanıb. Bu dəfə Ruan Renato dəqiq olub – 1:0. Matçın ikinci hissəsində hesab dəyişməyib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












