“Zirə”dən minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında XIX tur davam edir. Bu gün daha bir matç baş tutub.
“Zirə” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib. İsmayıl İbrahimli meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.