“Zirə”dən məhsuldar heç-heçə
Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Çiskereda” klubu ilə qarşılaşıb.
Matça saat 17:00-da start verilib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Qəsəbə təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 – hər ikisi penalti) vurublar.
Qeyd edək ki, “Zirə” Antalyada daha iki oyun keçirəcək. “Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.












