“Zirə”dən ikinci qələbə
Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib. II turun ilk günü Zirədə başa çatıb.
Qəsəbənin eyniadlı klubu “Kəpəz”lə qarşılaşıb. Rəşad Sadıqovun yetirmələri ardıcıl ikinci qələbəsini qazanıb – 1:0.
Bakılılar Qismət Alıyevin qolu ilə 3 xal əldə edib. Bu qələbədən sonra “Zirə” çempionatın liderliyinə yüksəlib.
Qeyd edək ki, tura avqustun 14-də yekun vurulacaq.