“Zirə”dən iki qollu qələbə
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. Günün yeganə qarşılaşması Zirədə baş tutub.
Qəsəbənin eyniadlı təmsilçisi “Sabah”ı qəbul edib. Görüşün taleyini həll edən Hamidu Keytanın dublu meydan sahiblərinə qələbə qazandırıb. 2:0 hesabı ilə qalib gələn Rəşad Sadıqovun yetirmələri turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, dünənki oyunlarda “Qəbələ” “Səbail”i 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü mayın 12-də baş tutacaq.