“Zirə”dən ev qələbəsi
Azərbaycan Premyer Liqasında IX tura start verilib. İlk oyun gününün yeganə matçı Bakıda baş tutub.
Çempionatın lideri “Zirə” “Turan Tovuz”u qəbul edib. Rəşad Sadıqovun yetirmələri bu matçda 2:1 hesablı qələbə qazanıb.
Bu 3 xal “Zirə”ni I dövrəni zirvədə bitirmək imkanı verib. Bakı klubu milli komandaların oyunları ilə əlaqədar fasiləyə lider kimi yollanıb.
Qeyd edək ki, tura oktyabrın 8-də yekun vurulacaq.