“Zirə”dən ev qələbəsi
Azərbaycan Premyer Liqasında IX tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Zirə” “Sumqayıt”ı qəbul edib. Hesab ilk hissədə açılıb. İbrahima Konate meydan sahiblərini önə keçirib. İkinci yarıda tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.












