“Zirə”dən böyükhesablı qələbə
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün dördüncü yoxlama oyununa çıxıb.
Premyer Liqanın gümüş medalçısı yerli “Pendikspor” klubu ilə üz-üzə gəlib.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra “Zirə” daha yaxşı oynayaraq, rəqib komandanın qapısında 4 cavabsız top keçirib. Paytaxt təmsilçisinin heyətində Brahim Konate, Davit Volkov və iki dəfə Junior Martins fərqləniblər.
Yoxlama oyunu
16 iyul
17:30. “Zirə” – “Pendikspor” (Türkiyə) – 4:0
Qollar: Brahim Konate, 60. Davit Volkov, 66. Junior Martins, 73; 79











