“Zirə”dən böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasının XVI turunun ikinci gününə start verilib. Günün ilk matçı Tovuzda baş tutub.
“Kəpəz” öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşmanın favoriti olan qonaqlar böyükhesablı qələbə qazanıblar – 4:0.
Bakı klubunun qollarına Salifu Suma, Georgi Papunaşvili, İssa Cibrila və Elçin Əlicanov imza atıblar. Bu qələbədən sonra xallarının sayını 26-ya çatdıran qəsəbə klubu 4-cü pillədə qərarlaşıb. Gəncə təmsilçisi 10 xalla 9-cudur.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər görüşündə “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.